Angela Merkel Türkiyəyə səfər edəcək

Angela Merkel Türkiyəyə səfər edəcək

Almaniya Kansleri Angela Merkel fevralın ilk həftəsində Türkiyəyə işgüzar səfər edəcək.
 
Trend-in məlumatına görə, səfər çərçivəsində A.Merkelin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binəli Yıldırımla görüşəcəyi gözlənilir.
 
Görüşlər zamanı miqrasiya böhranı, regional problemlər, terrorçuluqla mübarizə, eləcə də iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi yolları müzakirə olunacaq.
 

Google+ WhatsApp ok.ru