Angela Merkel dördüncü dəfə Almaniyanın kansleri olmaq istəyir 01 Avqust 2015 01:00 Xəbərlər Almaniya kansleri Angela Merkel 2017-ci ildən sonra da vəzifəsini qorumaqla bağlı qərar qəbul edib. Trend bu barədə RIA Novosti-yə istinadən məlumat verir. Məlumatda deyilir ki, A.Merkel seçki kampaniyasına hazırlıq mövzusunu artıq hakim Xristian-Demokratik İttifaqının baş katibi Peter Tauber və partiyanın icraçı direktoru Klaus Şülerlə müzakirə edib. Rəsmi qərarın 2016-cı ilin əvvəlində açıqlanacağı gözlənilir. Xatırladaq ki, A.Merkel bundan əvvəl 2005, 2009 və 2013-cü illərdə Almaniyanın kansleri seçilib. / Teqlər : #Angela Merkel dördüncü dəfə Almaniyanın kansleri olmaq istəyir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ötən 6 ayda Ukraynanın şərqində 160-dan çox insan həlak olub Yeni avtobuslar gələn həftədən işləyəcək