Ötən 6 ayda Ukraynanın şərqində 160-dan çox insan həlak olub

Ukrayna hökumətinin müxalifləri ötən 6 ay ərzində ordu qüvvələrinin Donetskə hücumlarında 160-dan çox şəxsin öldüyünü bildiriblər.
Maide.az beynəlxalq KİV-lərə istinadən məlumat verir ki, Ukrayna hökuməti müxalifləri cümə günü bildiriblər ki, bu hücumlar ötən 6 ay ərzində Horlivka şəhərinə qarşı olub və 164 nəfər həlak olub. Eyni zamanda 500 nəfər, o cümlədən 42 uşaq yaralanıb. 
Bu məlumata görə, şəhərin 2 min binasına xəsarət dəyib. Binaların 530-dan çoxu yaşayış binası olub. 
Ukrayna ordusu qüvvələri cari həftənin əvvəllərində Horlivka şəhərinə hücum etmişdilər. 
2014-cü ilin aprel ayının ortalarından Ukraynanın şərqində başlayan qarşıdurmalarda 2015-ci il 24 iyula qədər 6 min 829 nəfər həlak olub və 17 min 64 nəfər yaralanıb./

Google+ WhatsApp ok.ru