Ankara 15 iyul çevriliş cəhdi ilə bağlı statistik rəqəmləri açıqladı

Ankara 15 iyul çevriliş cəhdi ilə bağlı statistik rəqəmləri açıqladı

 
Ankara vilayət rəhbərliyi 15 iyul çevriliş cəhdi və sonra baş verən proseslərlə əlaqədar olaraq ictimaiyyətə bəzi məlumatları açıqlayıb.
 
Türkiyə mətbuatına istinadən verilən xəbərə görə, yazılı açıqlamada, 15 iyul çevriliş cəhdindən sonra FETÖ / PDY ilə əlaqəli olduğu irəli sürülən 5398 insanın saxlanıldığı, 3679 nəfərin həbs olunduğu, 704 nəfərin məhkəmə nəzarəti altında azadlığa buraxıldığı, 322 nəfərin azadlığa buraxıldığı və 615 nəfərin isə nəzarətdə olduğu qeyd olunub.
 
Ankara vilayət rəhbərliyinfən verilən yazılı açıqlamada, FETÖ / PDY terror təşkilatının çevriliş cəhdində 56 polis, 2 əsgər və 88 mülki vətəndaş olmaqla ümumilikdə 146 insanın həlak olduğu qeyd olunub: "Bundan başqa, çevriliş cəhdi zamanı 23 vətən xaini də öldürülmüşdür. Hadisələrdə 1187 nəfər yaralanmış, hələ də 8-i reanimasiyada olmaqla, cəmi 44 nəfərin xəstəxanalarda müalicə almaqda davam edir. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza da təcili şəfalar diləyirik".
 
Həmçinin FETÖ ilə əlaqəli 308 təşkilat və qurum bağlanıb. Bunlardan 88 məktəb, 73 dərnək, 47 hazırlıq kursları, 36 internat məktəbi, 22 peşə məktəbi, 12 ixtisasartırma mərkəzi və kursları, 10 fond, 7 səhiyyə üzrə, 2 universitet, 11 mətbuat-yayım orqanıdır.
 
FETÖ / PDY terror təşkilatına qarşı məhkəmə və istintaqların davam etdirildiyi qeyd olunub. (deyerler.org) /

Google+ WhatsApp ok.ru