Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan silahlı qüvvələri rəhbərlərinin görüşü keçirilib

Mayın 4-də Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan silahlı qüvvələri rəhbərlərinin birinci görüşü keçirilib. Maide.az-ın məlumatına görə, "Report" Türkiyə Silahlı Qüvvələrinin Qərargahına istinadən xəbər verir ki, görüşdə Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Baş Qərargahının rəisi ordu generalı Necdet Özel və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vaxtanq Kapanadze iştirak edib.
 
Görüşdə hərbi sahədə üçtərəfli formatda əməkdaşlığın aparılması, regional sabitlik və təhlükəsizlik məsələləri müzakirə olunub.

Google+ WhatsApp ok.ru