AŞPA prezidentindən İlham Əliyevə mühüm məktub

`Məktubda Azərbaycanda ifadə azadlığı və plüralizmə ciddi təhlükə olduğunu yazır`

Avropa Şurası Parlament Assambleyasının prezidenti Anne Brasseur Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərərək ölkədə ifadə azadlığı və plüralizmə ciddi təhlükə olduğunu yazır.
 
Anne Brasseur oktyabrın 16-da göndərdiyi məktubunda qeyd edir ki, Azərbaycanda demokratiya, insan haqları, qanunun aliliyinin təmin olunması sahələrində vəziyyət olduqca pisləşir.
 
Azərbaycanın Avropa Şurasi qarşısında götürdüyü öhdəlikləri xatırladan Anne Brasseur yazır: “İnsan haqları fəalları və jurnalistlərin azadlıqdan məhrum olunmaları ilə bağlı son məhkəmə qərarları ölkədə ifadə azadlığı və plüralizmə sarsıdıcı təsir göstərir. Bunla həmçinin Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə ziddir.”
 
 
Anne Brasseur məktubunda prezident İlham Əliyevi noyabrın 1-də keçiriləcək parlament seçkisini Avropa Şurasının standartlarına uyğun təşkilinə çaırıb.
 
Avropa Şurası Parlament Assambleyası prezidentinin İlham Əliyevə məktubu barədə az sonra ətraflı məlumatımız olacaq.azadliq /

Google+ WhatsApp ok.ru