AİP Ayətullah Nimrlə baglı bəyanat yaydı

Azərbaycan İslam Partiyası Səudiyyə Ərəbistanında ötən gün edam olunan tanınmış şiə alimi Ayətullah Şeyx Baqir əl-Nimrlə bağlı bəyanat yayıb
 
Maide.az-a daxil olan bəyanatı sizlərə təqdim edirik.
 
Bismilləhirrahmənirrahim
"Allah yolunda öldürülənlərə: "Ölüdürlər!" deməyin. Əksinə, onlar diridirlər, lakin siz bunu dərk etmirsiniz" /Bəqərə-154/
Səudiyyə Ərəbistanının kral hakimiyyəti ölkəsinin azadlıqsevər demokratik fikirli insanlarını məhvə məruz qoymaqda davam edir. Təriqət ayrıseçkiliyini gizlədə bilməyən Səud rejimi şiə alimi Ayətullah Nimr əl-Nimr haqqında Ər-Riyad məhkəməsinin çıxartdığı saxta edam hökmünü icra etmişdir.
Şeyx Baqir Nimr hələ 2011-ci ildə ölkədəki ayrıseçkiliyə, kral rejiminin zülmünə, İslamın tarixi şəxsiyyətlərinə və dəyərlərinə qarşı yönələn həqarətlərinə kütləvi etirazda fəal iştirak etmişdir. O, bu addımdan sonra hakim rejim tərəfindən təqib və həbs olunaraq haqqında edam hökmü çıxarılmışdır.
Səudiyyə Ərəbistanının yenicə taxta çıxmış kralı Salman hakimiyyətə qan üzərindən adlayaraq başlamışdır. Bu, Səud rejiminin mahiyyətini bir daha açıb göstərir.
Azərbaycan İslam Partiyası bəyan edirki,bu tip hakimiyyətiərin ömrü sürətlə qısalmaqdadır. Zalım rejimlər güclü rəqiblərin hakimiyyətdən haqq və ədalət tələblərini özlərinə, hakimiyyətlərinə təhlükə hesab edərək onları müxtəlif bəhanə və saxta ittihamlarla fiziki cəhətdən məhv etməyə çalışırlar.
Hesab edirik ki, Şeyx Nimrləri edam etməklə bitirmək artıq mümkün deyil. Səud rejimi ömrünü sona çatdırmaqdadır. Xalqın azadlıqsevər qüvvələrinin zülmə qarşı səbri tükənməkdədir. Haqsızlığa və hüquqsuzluğa qarşı dinc xalq etirazlarının baş qaldırmasını hakimiyyət müxtəlif qütblərə bağlamasına baxmayaraq bunun başlıca səbəbi rejimin çürüklüyü, bunun üfunətinin ərəb və müsəlman dünyasına yayılmasıdır.
Səud krallığı sürdüyü despot hakimiyyətinə yaxınlaşan təhlükəni dəf etmək üçün bu gün günahsız insanları edam etməklə can qurtarmaq istəsə də zaman öz hökmünü verməkdədir. İnanırıq ki, Şeyx Nimrlərin nahaq axıdılan qanı yerdə qalmayacaq, aktivləşən vətəndaş birlikləri tezliklə rejimin taxt-tacını başlarına çevirəcəkdir.
 
Azərbaycan İslam Partiyası
Mətbuat Xidməti/

Google+ WhatsApp ok.ru