Sabah Azərbaycanda hava nisbətən mülayimləşəcək

Sabah Azərbaycanda hava bu günlə müqayisədə nisbətən mülayimləşəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, yanvarın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, gündüz şimal-qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 3-6° isti olacaq.
 
Sabah Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 2-7° isti təşkil edəcək, dağlarda gecə 9-14° şaxta, gündüz 0-5° şaxta, bəzi yerlərdə 3°-dək isti təşkil edəcək. /
 

Google+ WhatsApp ok.ru