AİP funksioneri Akif Heydərli DTX-ya çağırılıb

AİP səlahiyyətlisinə çağırış vərəqəsi 16 may 2016-cı il tarixində DTX-nın A.Heydərlinin yaşadığı Xəzər rayon şöbəsinin əməkdaşları tərəfindən təqdim olunub.
 
Bu barədə Maide.Az-a AİP-in mətbuat xidmətindən xəbər daxil olub. Xəbərdə bildirilir ki, bu barədə Akif Heydərlinin özü məlumat verib. O, bu gün üçün Azərbaycan Respublikası DTX İstintaq baş İdarəsinə çağrılması ilə bağlı rəsmi bildiriş alıb. 
 
Qeyd edək ki, Akif Heydərlinin hansı səbəb üzündən çağrıldığı hələ ki, bilinmir. /

Google+ WhatsApp ok.ru