AİP lideri Mövsüm Səmədov İlqar İbrahimoğluna və Sərdar Hacıhəsənliyə başsağlığı verib

Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədov DEVAM sədri İlqar İbrahimoğlunun anası və tanınmış ruhani Sərdar Hacıhəsənlini bacısı oğlunun vəfatı ilə əlaqədar başsağlığı verib. Bu barədə ailəsindən bildirilib. Başsağlığında deyilir:
 
«Bil ki, sən əslində dünya üçün deyil, axirət üçün yaradılmısan. Qalmaq üçün deyil, getmək və yatmaq üçün deyil, ölmək üçün xəlq olunmusan. Sən köçüləsi bir mənzildə, davamsız, müvəqqəti verilən bir sarayda, axirət yolunun üstündəsən. Sən ölümdən (təqib etdiyi) fərarisən. Ölüm elədir ki, nə qaçanı onun çəngindən xilas olar, nə də axtardığı əlindən çıxar, əksinə məcburən ona çatar.»
 
Bu sözləri İmam Əli (ə) oğlu İmam Həsənə (ə) tövsiyəsində bildirib. Bəli hamımız ölümü dadacağıq. Bəzilərimiz tez, bəzilərimiz gec…
 
Aldığım məlumata görə, DEVAM sədri İlqar İbrahimoğlunun anası və tanınmış ruhani Sərdar Hacıhəsənlini bacısı oğlu dünyasını dəyişib.  Bununla əlaqədar kədərləndiyimi bildirir və əziz qardaşlarıma, həmçinin ailələrinə dərin hüznlə başsağlığı verirəm.
 
Allah hər iki ailəyə, onların yaxınlarına səbr versin.
 
Rəhmətə gedənlərin qəbri nurla dolsun.

Google+ WhatsApp ok.ru