Maştağada etiraz

Maştağada telefon xəttinin yoxluğu sakinləri narazı salıb.
 
Paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsinin bir qrup sakini artıq bir neçə ildir ki, telefon xəttinin olmamasından şikayət edir.
 
Deyirlər ki, dəfələrlə Sabunçu rayon telefon qovşağına pasport və mobil nömrələrini də veriblər. Amma qəsəbə ərazisində 10 ev var ki, telefon qovşağından istifadə etmək onlara nəsib olmur ki, olmur. Problemlə bağlı dəfələrlə aidiyyatı qurumlara da müraciət edilib.
 
Məsələ ilə əlaqədar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən bildirlid ki, sözügedən ərazidə yarımstansiyasının tikilməsi üçün eskiz layihə hazırdır.
 
Gələn ilin əvvələrinə kimi telefonlaşdırma islərinə yekun vurulacaq. Hələliksə sakinlər simsiz telefonlardan istifadə edə bilər. ans/

Google+ WhatsApp ok.ru