AİP Novruz Bayramı münasibəti ilə məhbus ailələrini təbrik edib

AİP Novruz Bayramı münasibəti ilə məhbus ailələrini təbrik edib

Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruzda insanlar mehribanlıq nümayiş etdirir, bir-birlərinə baş çəkir, dərdlərinə şərik olur, mərhəmət və diqqət göstərirlər. Qarşıdan gələn bahar bayramı həm də şəfqət göstərmək, əl tutmaq, sevinc bəxş etmək üçün bir vasitədir.
 
Maide.Az-ın "İslamınsəsi"nə istinadən verdiyi məlumata görə, bu məqsədlə Azərbaycan İslam Partiyası (AİP) bayram ərəfəsində bir qrup şəhid və məhbus ailələrinə bayram sovqatı təqdim edərək, onları bu gözəl el bayramı münasibətilə ilə təbrik edib, ən xoş arzularını bölüşüb. Şəhid və məhbus ailələrinə Allahdan səbir diləyib.
 

Google+ WhatsApp ok.ru