Apple-nin məxfi zavodu ilk dəfə göstərildi -FOTO

Dünyanın texnologiya nəhənglərindən sayılan Apple şirkətinin Çində 50 min nəfərin işlədiyi iPhone zavodu ilk dəfə Qərb jurnalistləri tərəfindən göstərilib.

 

Deyerler.org-un verdiyi xəbərə görə, Çində Apple-nin mәxfiliyini qoruduğu nəhəng iPhone zavodunun fotoşəkilləri ilk dəfə ortaya çıxıb. Çinin Şanxay şəhərindəki Pegatron Corp. zavodunda 50 min insan işləyir.

İşçilər hər gün səhər əyinlərini dəyişərək çəhrayı pencəkləri, mavi başlıqları və plastik tərliklərilə səhər yoxlamasından keçirlər. Bir iPad-ın vasitəsilə üz görünüşləri yoxlanılır. İşçilər hələ bazara çıxarılmamış hər hansı bir texnologiyanın çölə sızdırılma ehtimalına görә, metal detektorlardan keçir. Fotolar zavodda işləyən fəhlələrin adi bir gününə aiddir.

 

Apple-nin məxfi zavodu ilk dəfə göstərildi

 

90 futbol meydançası böyüklüyündə olan zavodun daxili fəaliyyəti indiyə qədər bir sirr kimi saxlanırdı. Bu zavod ilə bağlı işçilərin aşağı məvaciblə iş saatından artıq müddətdə işlədildiyi iddia edilirdi. Zavod qapılarını ilk dəfə Qərb jurnalistlərinə açıb.

Apple-nin məxfi zavodu ilk dəfə göstərildi

 

Çinin İşçilərin Monitorinq İdarəsinə əsasən, fəhlələr bu zavodda ayda 2020 yuan məvacib alır. İstehsal etdiyi iPhone-nun Çindəki qiyməti isə 6 488 yuandır. Fevral ayında 26 yaşlı bir fəhlənin zavodda 12 saat işlədikdən sonra öldüyü iddia edilir. Tian Fulei adlı gəncin Şanxay yaxınlığında digər işçilərlə birlikdə yaşadığı yataqxanada meyiti tapılıb. Ancaq zavod gəncin ölümü ilə iş şəraitləri arasında bir əlaqənin olmadığını iddia edir.(Deyerler.org)

 

Apple-nin məxfi zavodu ilk dəfə göstərildi
Apple-nin məxfi zavodu ilk dəfə göstərildi

Apple-nin məxfi zavodu ilk dəfə göstərildi

 

Apple-nin məxfi zavodu ilk dəfə göstərildi

 

Apple-nin məxfi zavodu ilk dəfə göstərildi

 

 

 

Apple-nin məxfi zavodu ilk dəfə göstərildi

 

Apple-nin məxfi zavodu ilk dəfə göstərildi

 

Apple-nin məxfi zavodu ilk dəfə göstərildi

 

Google+ WhatsApp ok.ru