Bu telefonu dinləmək olmur

Yüksək təhlükəsizlik imkanları olan, xüsusilə rəhbər şəxslər üçün istehsal ediləcək bu telefon 20 min dollardan satışa çıxacaq.
 
Xüsusilə rəsmi şəxslər üçün ağıllı telefonun təhlükəsizliyi çox əhəmiyyətlidir. Bu səbəbdən şirkətlər təhlükəsizliyə önəm verən şəxslər üçün ən etibarlı telefonları istehsal edirlər.
 
İnformasiya sızıntıları, internetdə yayımlanan məlumatlar - ağıllı telefon istifadəçiləri bu vəziyyətdən olduqca narahatdırlar.
 
"Reuters"   xəbər verir ki, belə bir gündəmdə, ABŞ-İsrail birgə müəssisəsi "Sirin Labs" şirkəti "Telefonun dinlənir?" sualından yola çıxaraq, yüksək təhlükəsizlik tədbirlərini inkişaf etdirdiyi "Sirin Labs Solarin" adlı ilk ağıllı telefon cihazını gələn ay təqdim etməyə hazırlaşır.
 
QİYMƏTİ NƏ QƏDƏRDİR?
 
"Sirin Labs AG"nin etdiyi açıqlamada, layihəyə başlamaq üçün 72 milyon dollar fond ayırdıqları qeyd edilib.
 
Şirkətin sədri Moshe Hogeg, "Bizim ağıllı telefon, demək olar ki, hərbi sinif təhlükəsizliyi ilə mövcud olan ən qabaqcıl texnologiyanı gətirir", - deyib.
 
Hogeg Reutersə verdiyi müsahibədə, telefonun ən azı 20.000 dollara olacağını deyib. Hogeg-ə görə, dəyərli məlumatları qorumaq üçün bu pulu verməyə dəyər, çünki hücuma məruz qalaraq itirilən məlumatlar bu qiymətdən daha dəyərlidir.(marja)
 

Google+ WhatsApp ok.ru