`Apple` smartfonlarını satışdan geri çağırdı

"Apple" bir partiya smartfonlarını satışdan geri çağırıb.
 
Ölkə.az xəbər verir ki, buna səbəb smartfonların arxa kameralarındakı nasazlıq olub.
 
Şirkət satışdan yığışdırılan smartfonların sayı haqqında heç bir məlumat vermir.
 
Xatırladırıq ki, son vaxtlar avtomobillər də daxil olmaqla bir çox texniki avadanlıq istehsalçısı öz məhsullarını nasazlığa görə tez-tez satışdan geri çağırırlar. Buna səbəb istehsal prosesinəki problemlər və istehsalın düzgün təşkil edilməməsi göstərilir. /

Google+ WhatsApp ok.ru