Hindistandan dünyada ilk: Günəş enerjisi ilə işləyən hava limanı istifadəyə verilir

Hindistanın Kerala ştatında yerləşən Koçin beynəlxalq aeroportu dünyanın günəş enerjisi ilə fəaliyyətə keçməyə tam hazır ilk hava limanı olub.
Maide.az lent.az-a istinadən xəbər verir ki, bu günlərdə 12 meqavoltadək (mVt) enerji hasil edə bilən və 18 200 м2 ərazidə yerləşən 46 150 paneldən ibarət elektrik stansiyasının inşası üzrə layihənin başa çatdığı bəyan edilib.
Stansiyanın gücü təkcə aeroportu şəhər elektrik şəbəkəsindən müstəqil etməyə yox, həm də artıq qalan elektrik enerjisini satmağa imkan verəcək.
CİAL (Cochin İnternational Airport Limited) şirkətinin məlumatına görə, hava limanının günəş batareyalarına keçməsi yaxın 25 ildə atmosferə karbon qazı tullantılarını 300 min ton azaltmağa imkan verəcək. Bu, təxminən 3 min ağacın becərilməsinə və ya avtomobillərdə ümumi məsafəsi 1,2 milyard km təşkil edən gedişdən imtinaya bərabərdir.
Gələcəkdə CİAL alternativ enerji mənbələrindən istifadəni genişləndirməyi planlaşdırır.
Koçin beynəlxalq aeroportunun yeni beynəlxalq terminalının 2016-cı ilin mayında istifadəyə verilməsi nəzərdə tutulur. Hindistan hökuməti digər aeroportlara da günəş batareyalarından istifadə etməyi tövsiyə edib.//
 

Google+ WhatsApp ok.ru