Apple TV+ xidmətini işə salır

Apple TV+ xidmətini işə salır

Apple şirkəti son bir ildə kontent alışına girişib və artıq Netflix-in rəqibini işə salmaq üzrədir. Bloomberg yazır ki, texnologiya nəhəngi noyabrda TV+ abunə xidmətini işə salacaq, aylıq haqqı 10 dollar olacaq.
 
Məlumata görə, Apple xidmətin orijinal şou və filmləri üçün 6 milyard dollar xərcləməyi nəzərdə tutur. Şirkət 2020-ci ilədək xidmət satışından 50 milyard dollar əldə etməyi hədəfləyir. Şirkət gəlir əldə etməyin başqa yollarını arayır, çünki təkcə Apple-nın deyil, bütün sənaye üzrə smartfon satışı zəifləyir, səbəb də zəif iqtisadiyyatlar və bazarın doyması göstərilir.
 
Məqalədə deyilir ki, TV+ xidmətinin rəqiblərindən daha baha başa gələcəyi görünsə də, onun uğuru təkcə qiymətdən deyil, digər faktorlardan da asılıdır. Disney-in oxşar xidməti aya 7, Netflix-in əsas seçimi isə yalnız 9 dollara satılacaq. Bloomberg mənbələrindən öyrənib ki, Apple xidmət üçün fərqli strategiyaları nəzərdən keçirir. Xidmətin 150-dən artıq ölkədə əlçatan olacağı xəbər verilir. /azadliq.org
 

Google+ WhatsApp ok.ru