AİP sədr əvəzinə 4 aylıq həbs cəzası verildi 02 Mart 2020 17:07 Ölkə Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi Hacı İlham Əliyevin fevralın 29-da Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanması barədə xəbər vermişdik. Maide.Az "islaminSesi.info" xəbər saytına istinadla verir ki, yenidən DTX tərəfindən saxlanılan AİP-in sədr əvəzi Hacı İlham Əliyev barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qəti imkan tədbiri seçilib. Prosesə hakim Anar Tanrıverdiyev sədrlik edib. Hacı İlham Əliyevə cinayət məcəlləsinin 274-cü maddəsi ilə ittiham irəli sürülüb. Bu barədə Hacı İlham Əliyevin ailəsinə məlumatı dövlət tərəfindən təyin olunan 12 saylı vəkil bürosunun vəkili Gülarə İlyasova verib. Qeyd edək ki, AİP –in sədr əvəzi Hacı İlham Əliyevin şəxsi vəkili Osman Kazımov məsələ ilə bağlı ətraflı açıqlama verəcəyini qeyd edib. Vəkilin açıqlamasından sonra ictimaiyyətə geniş məlumat veriləcək. Teqlər : #AİP,#sədr,#əvəzinə,#aylıq,#həbs,#cəzası,#verildi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Universitet, məktəb və bağçalarda təlim-tədris dayandırıldı - RƏSMİ Hacı İlham Əliyevin hüquqlarının Müdafiə Komitəsi təsis edilib - YENİLƏNİB 2 -FOTO