Apteklər qazanmağın «yolu»nu tapıblar

Azərbaycanda dərmanların qiymətinin tənzimlənməsindən sonra bu sahədəki problemlərin tezliklə həll olunacağını gözləyənlər yanılıblar.

Bəzi apteklər vəziyyətdən çıxmağın yolunu tapıblar. Azad İstehlakçılar Birliyinin sədri Əyyub Hüseynov fins.az-a bildirib ki, son vaxtlar dərmaqların qiyməti ilə bağlı şikayətlər nəinki azalıb, hətta artıb. Buna əsas səbəb isə dərmanların bir hissəsinin qiymətlərinin tənzimlənməsindən sonra digər dərmanların 30-40 % bahalaşması olub. Söhbət qiyməti tənzimlənməyən dərmanlardan gedir: “Məsələn, əvvəl 27 manata satılan çox istifadə edilən təzyiqi tənzimləyən “Rovaxol” dərmanı indi 33 manata satılır. Dərmanların süni bahalaşdırılması şikayətləri artırıb”.

Əsas problemlərdən biri iri apteklərin qiymətləri tənzimlənən dərmanları satmamasıdır. Belə ki, hətta iri apteklərdə də adi dərmanlar tapılmır. Məsələn, “Kanon” aptekində adi “A” və “B” vitaminləri yoxdur. Başqa sözlə, apteklər qiymətləri tənzimlənən dərmanlarda itirdikləri gəlirləri digər dərmanları bahalaşdırmaqla kompensasiya edirlər. Üstəlik, zərərə düşməmək üçün qiyməti tənzimlənən dərmanları ümumiyyətlə satmırlar.  Fins.az /

Google+ WhatsApp ok.ru