Həcc ziyarətində vəfat edən azərbaycanlı zəvvar bu gün Məkkədə dəfn olunub

Həcc ziyarətində dünyasını dəyişən azərbaycanlı zəvvar Əzizağa Şirinov Məkkədə dəfn olunub.
 
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) zəvvarları müşahidə edən nümayəndəliyindən APA-ya bildiriblər ki, zəvvar torpağa tapşırılıb.
 
1936-cı il təvəllüdlü, Yardımlı rayon sakini Şirinov Əzizağa Məmmədqulu oğlu ötən gün günvurmadan dünyasını dəyişib.
 
Qeyd edək ki, Həcc ziyarəti zamanı daha iki azərbaycanlı dünyasını dəyişib.  /

Google+ WhatsApp ok.ru