'Açıq qapı günü' keçiriləcək

'Açıq qapı günü' keçiriləcək

Dekabrın 29-da Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ( dekabrın 31-i) və Yeni il münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınlarına «Açıq qapı günü» təşkil olunacaq.
 
Bu barədə Müdafiə Nazirliyinin dekabrın 17-də yaydığı məlumatda bildirilir.
 
Məlumata görə, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış, məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.
 
««Açıq qapı günü» çərçivəsində komandanlıqla valideynlərin görüşlərində hərbi qulluqçuların xidməti ilə bağlı onları maraqlandıran məsələlər müzakirə ediləcək və suallar cavablandırılacaq», - deyə məlumatda yazılır.
 
Məlumatda bayram günü münasibətilə şəxsi heyətdən ötrü mədəni-kütləvi tədbirlərin keçiriləcəyi də bildirilir.
 
 

Google+ WhatsApp ok.ru