Arif Yunusun cinayət işi məhkəməyə göndərildi 03 İyul 2015 01:00 Ölkə Sülh və Demokratiya İnstitutunun həbsdə olan əməkdaşı Arif Yunusun barəsində olan cinayət işi üzrə materiallar məhkəməyə göndərilib. Bu barədə APA-ya məlumat verən A.Yunusun vəkili Əfqan Məmmədov bildirib ki, cinayət işinin materialları ilə tanışlıq başa çatıb və ittiham aktı təsdiq olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Qeyd edək ki, Arif Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178.3.2-ci (dələduzluq) maddələri ilə təqsirli bilinir. A. Yunus ötən il avqustun 5-də həbs edilib./ Teqlər : #Arif Yunusun cinayət işi məhkəməyə göndərildi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakı metrosunda törədilən terrordan 21 il ötdü İntiqam Əliyevin apellyasiya şikayəti əsasında məhkəmənin başlama vaxtı məlum olub