Çağırışçılar və hərbi qulluqçuların icbari narkoloji müayinədən keçməsi məsələsinə baxılacaq 25 İyul 2019 08:55 Hərb Azərbaycanda çağırışçılar və həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların icbari narkoloji müayinədən keçməsi məsələsinə qanunvericiliyə uyğun olaraq baxılacaq. Bu, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı"nda öz əksini tapıb. Tədbirlər Planında qeyd edilib ki, çağırışçılar və həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların icbari narkoloji müayinədən keçməsi məsələsinə baxılmasının məqsədi narkomanlığın erkən müəyyən edilməsi və profilaktikasıdır. Bu işin 2019-2020-ci illərdə Nazirlər Kabineti, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilməsi nəzərdə tutulur. /Trend Teqlər : #Çağırışçılar,#və,#hərbi,#qulluqçuların,#icbari,#narkoloji,#müayinədən,#keçməsi,#məsələsinə,#baxılacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu gecə atəşkəsin pozulması nəticəsində “Qazax” sərhəd dəstəsinin əsgəri yaralanıb Şəhidlər ekshumasiya ediləcək
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'