Artmaqda olan boşanmalar

-- Ailə institutu təhlükə altındadır?

"Novoye Vremya" qəzetində "Ailə institutu təhlükə altındadır?" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif ölkədə boşanmaların artmasından narahatlıq ifadə edir, bunun səbəblərini müzakirə müstəvisinə gətirir və Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Demoqarafiya şöbəsinin müdiri Nizami Eyyubovun bu günlərdə mətbuata açıqlamasına istinad edir.
 
Müəllifə görə, boşanmaların artması bir çox sosial məsələlərlə yanaşı, həm də milli-mənəvi dəyərlərin deqradasiyaya uğramasının göstəricisidir, belə ki, son 10 ildə boşanma 5 dəfə çoxalıb: "Yoxsulluq, ağır həyat şəraiti kimi hallar milli-mənəvi dəyərləri pozur, təkcə bununla yekunlaşmır, eyni zamanda intiharların artmasına yol açır. Son 10 ildə intiharların artmasının bir səbəbi də məhz milli-mənəvi dəyərlərin pozulmasıdır və əlbəttə ki, bu problem də bank kreitlərinin qaytarıla bilməməsi kimi məsələnin öz payı vardır".
 
Müəllifə görə, gənclərin ölkədən getməsi də bu məsələyə mənfi təsir edir və deyir ki, "sosial evlər" layihəsi bu məsələdə müsbət rol oynaya bilər, odur ki, bu layihənin gerçəkliyə çevrilməsi sürətləndirilməlidir.
 
Yazı müəllifi vaxtilə ipoteka kreditlərinin də bu məqsəd üçün yaradıldığını xatırladaraq, amma istənilən nəticəni verə bilmədiyini söyləyir.
 
Bundan irəli gələrək, müəllif belə təkliflə çıxış edir ki, bu layihələrin nəzərdə tutulan məqsədlərə çata bilməsi üçün dövlət onları nəzarətinə götürməlidir.
 
Müəllif 10 ildə boşanmaların 5 dəfə artmasını olduqca böyük rəqəm adlandırır, bunun qarşısının alınması üçün sosial həyat sferasında həyat tərzini yaxşılaşdırmağı təklif edir.
 
Yazı müəllifinə görə, boşanmaların artması bütünlükdə ölkədə demoqrafik vəziyyətin pisləşməsinə də səbəb ola bilər.
 
Müəllif deyir ki, ailə instiutu və demoqrafiya bir-birilə sıx surətdə bağlıdır və bu amillər inkarolunmazdır.
 
Ailə institutunu isə zərbə altına qoymaq olmaz, çünki bu, cəmiyyətin bir hissəsidir.
 

Google+ WhatsApp ok.ru