Arzu Rəhimov: “Azərbaycanda hərbi xidmətdən yayınma halları azalıb”

Azərbaycanda vətəndaşlar arasında həqiqi hərbi xidmətdən yayınma halları azalıb.
 
Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov bildirib.
 
A. Rəhimov deyib ki, hazırda gənclərin hərbi xidmətə böyük marağı müşahidə olunur və bu maraq getdikcə artmaqdadır: “Bu gün səhhətində müəyyən problemlər olan gənclər var ki, onlar təkrar müraciət edərək xidmətə getmək istədiklərini ifadə edirlər. Bunun digər səbəbi isə dövlət qurumlarına və bütün hüquq-mühafizə orqanlarına işə qəbul üçün hərbi xidmət keçmənin vacib olmasıdır”.
 
Xidmət rəisi qeyd edib ki, hərbi xidmətə çağırılan vətəndaşların tibbi yoxlamalarına diqqət artırılıb. Bu sahədə Silahlı Qüvvələrin bütün qurumları ilə birgə işlər həyata keçirilir.

Google+ WhatsApp ok.ru