Aslan İsmayılov: “`Topaz`-ın acı nəticələri minlərlə ailələrin dağlmasına səbəb olur”

"İlk qanuni mərc operatoru kimi tanınan "TOPAZ", faktiki olaraq Azərbaycanda qumarxana kimi fəaliyyət göstərir. Bir neçə oliqarxın milyonlar qazanmasına görə, minlərlə insan bunun əziyyətini çəkir, ailələr dağılır, insanlar bədbəxt olur. Bu günki ağır iqtisadi durumda atılacaq addımlardan biri də bu fəaliyyətin tam qadağan olunmasıdır". Bu fikirlәri vəkil Aslan İsmayılov öz facebok shifəsində qeyd edib.
 
Vəkil Aslan İsmayılov daha sonra Deyerler.org-la fikirlərini bölüşərkən əlavə olaraq bildirib ki, bu kimi qurumların sahiblәri insanların bədbəxtçiliyi üzərində özlərinə xoşbəxt həyat qururlar: “Bu əsl qumardır. Bu qumar vasitəsi ilə 3-5 oliqarx milyonlar qazanır. Amma əvəzində minlərlə ailələr bu qumarın gətirdiyi acı nəticələr səbəbindən dağılır. Mən çoxlu sayda ailələr tanıyıram ki, ailə başçısı, uşaqlar bu qumarxanalarda min cür bəlalara düçar olurlar.
Bunun özü qanunvericiliyə əsasən qadağandır. Bu faktiki olaraq adını başqa cür qoymağına baxmayaraq qumarxana funksiyasını yerinə yetirir. Şərq dünyasında qumarxananın vurduğu ziyanın heç bir şey əvəz edə bilməz. Müqəddəs kitabımız olan Qurani Kərimdə də qumar qadağan olunub. Əslində mentalitetimizdə bu cür oyunlara meyillilik var.
Bu qumarxanaların vergi verdiyini, qanuna uyğun fəaliyyət göstərdiyini qeyd edirlər. Amma bütün sadalananlar boş söhbətlərdir. Bütün bunlar sadəcə cib doldurmağa yönəlib. İnsanların bədbəxtçiliyi üzərində özlərinə xoşbəxt həyat qururlar”./
 

Google+ WhatsApp ok.ru