`Astana görüşündə əsas məqsəd atəşkəsin davamlılığına nail olmaqdır` 23 Yanvar 2017 02:00 Dünya “Astana görüşündə əsas məqsəd atəşkəsin davamlılığına nail olmaqdır”. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi keçirdiyi ənənəvi brifinqdə deyib. B. Qasimi xatırladıb ki, Astanada keçirilən görüş İran, Türkiyə və Rusiyanın səyləri nəticəsində baş tutur: “Prioritet məsələ atəşkəsin davamlı olmasıdır. Bu gün və sabah bu məsələ müzakirə olunacaq. Çətin ki, bu az vaxtda digər məsələlərin müzakirəsinə vaxt qalsın”. B. Qasiminin fikrincə, görüşün əsas xüsusiyyətlərindən biri budur ki, orada məhdud sayda ölkə iştirak edir və təşkilatçılar regionun 3 əsas oyunçusudur: “Türkiyənin Astana görüşündə üç əsas ölkədən biri olaraq iştirakı önəmlidir. Türkiyənin regiondakı yerini nəzərə alaraq bu ölkənin danışıqlarda iştirakı Rusiya və İranla müştərək əməkdaşlıq çərçivəsində faydalı və konstruktiv ola bilər. Ümid edirəm ki, irəliləyiş əldə olunacaq və digər ölkələrin Suriyaya hərbi müdaxiləsinə ehtiyac qalmayacaq”. ABŞ-ın yeni prezidenti Donald Trampın radikal islamla bağlı bəyanatlarını şərh edən B. Qasiminin sözlərinə görə, ABŞ-ın sabiq prezidentlərinin siyasətlərini əvvəlcədən müəyyən etmək olurdu, lakin Trampın siyasətini hələ də dəqiq dəyərləndirmək mümkün deyil: “Trampın dünyada baş verən proseslərlə bağlı dəqiq və aydın mövqeyini bilmirik. Gözləməliyik. Onun baxış bucaqlarını müəyyənləşdirdikdən və yeni hakimiyyətin mövqeyini öyrəndikdən sonra fikir bildirə bilərik”. B. Qasimi Fransa xarici işlər nazirinin Tehrana səfərinin tezliklə baş tutacağını da söyləyib: “Fransa xarici işlər naziri iki ölkənin müştərək iqtisadi komissiyasının həmsədridir və onun səfəri zamanı komissiyanın iclası keçiriləcək. Yaxın bir həftə və ya on gün ərzində səfər baş tutacaq”. Teqlər : #`Astana görüşündə əsas məqsəd atəşkəsin davamlılığına nail olmaqdır`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Avstraliya aeroportlarında pasport yoxlaması olmayacaq ON4 televiziyasının rəsmisi kanalın bağlanması ilə bağlı açıqlama verdi -VİDEO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO