Astarada torpaq sürüşməsi aktivləşib

Astarada torpaq sürüşməsi aktivləşib

Astara rayonunun ucqar dağ kəndlərinə gedən Deqədi-Pəlikeş avtomobil yolunda torpaq sürüşməsi yenidən aktivləşib.
 
Verilən məlumata görə, yolda son vaxtlar tez-tez çökmə və sürüşmə baş verir. 
 
Hazırda yolda ən bərbad vəziyyət rayonun Baxışoba və Vənəşekəş kəndindən keçən ərazidə müşahidə olunur. Burada yol təqribən 3 metrə qədər çöküb, dərəyə doğru sürüşmə böyük bir ərazini əhatə edir. Yolda elə ərazilər var ki, avtomobillərin hətta birtərəfli hərəkəti mümkünsüz olur.
 
Sürüşmə sitrus bağlarına da ciddi ziyan vurub. Dağın yamacında əkilən yüzlərlə naringi ağacı torpaq altında qalıb. Kijəbə bələdiyyəsinin sədri Ağadadaş Qənbərov bildirib ki, aidiyyatı qurumlar əraziyə baxış keçirib.
 
Qeyd edək ki, Deqədi-Pəlikeş yolundan 21 yaşayış məntəqəsinin 12 min nəfər əhalisi istifadə edir. (apa) /

Google+ WhatsApp ok.ru