Yaxın günlərdə ölkədə havanın temperaturu yüksələcək

Yaxın günlərdə ölkədə havanın temperaturu yüksələcək

“Mülayim cənub küləyi əsəcək”
 
 “Yaxın günlərdə Azərbaycanda hava şəraitində ciddi dəyişiklik gözlənilmir”.
 
Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.
 
O bildirib ki, yaxın 2-3 gün ərzində ölkə ərazisində hava şəraiti sabit keçəcək: “Mülayim cənub küləyi əsəcək”.
 
G.Məmmədovanın sözlərinə görə, növbəti günlərdə havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək: “Bakıda və Abşeron yarımadasında 10-15, Mərkəzi Aran rayonlarında 12-18, dağlıq ərazilərdə 7-12 dərəcə isti olacağı gözlənilir".
 
O qeyd edib ki, mart ayının 8-i axşam saatlarında bəzi dağlıq ərazilərdə hava şəraitinin qısamüddətli yağıntılı olacağı ehtimalı var. /

Google+ WhatsApp ok.ru