Ağsu aşırımı ilə bağlı  xüsusi layihə  hazırlanır

Ağsu aşırımı ilə bağlı xüsusi layihə hazırlanır

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun mürəkkəb relyefə malik «Ağsu aşırımı» ilə bağlı xüsusi layihə həyata keçiriləcək.
 
«Azəravtoyol» ASC-nin sədri Saleh Məmmədov bunu «Xalq qəzeti»ndə dərc edilən məqaləsində bildirir.
 
«Ağsu aşırımı» sürüşmə və seysmik zona hesab edilir. Bu aşırımlar Şamaxı rayonu ilə Ağsu rayonunun sərhədində yerləşir. Son illər baş verən sürüşmələr nəticəsində yolda nəqliyyatın hərəkət bir neçə dəfə dayandırılıb. Uzun müddət bu yol ağır tonlu maşınlara qapadılıb.
 
S.Məmmədov yazıb ki, hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin dörd zolağa genişləndirilməsi layihəsi üzrə işlər davam etdirilir.
 

Google+ WhatsApp ok.ru