Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb
 
Maide.İnfo xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə:
 
Bakı və Abşeron yarımadasında:
Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq.
Axşam dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 13-16° isti, gündüz 25-30° isti, Bakıda gecə  14-16° isti, gündüz  27-29° isti olacağı gözlənilir.
Atmosfer  təzyiqi  normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət  gecə 65-75 %, gündüz 45-55 % təşkil edəcək.
 
Azərbaycanın rayonlarında:
Hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 13-18° isti, gündüz  27-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacağı gözlənilir /

Google+ WhatsApp ok.ru