Ağsu rayonunda keçmiş əri 40 yaşlı müəlliməni qətlə yetirib

Ağsu rayonunda qətl hadisəsi törədilib.
 
APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Ərəbsarvan kəndində Çiyni kənd sakini, 1983-cü il təvəllüdlü Şirinov Kabus Xanlar oğlu keçmiş həyat yoldaşı, Ərəbsarvan kənd sakini, 1975-ci il təvəllüdlü Eyyubova Elnurə Üzeyir qızını bıçaqlayıb.
 
İki uşaq anası E. Eyyubova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisəni törədən şəxs tutularaq istintaqa təhvil verilib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı araşdırma aparılır.
 
Qeyd edək ki, rayonun Hacıqədirli kənd orta məktəbində müəllimə işləyən E. Eyyubova 3 il öncə K. Xanlarovdan boşanıb. O, övladları ilə birlikdə Ərəbsarvan kəndində yaşayıb.

Google+ WhatsApp ok.ru