Atəşkəs rejimi yenə pozulub 28 Noyabr 2014 02:00 Hərb Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 51 dəfə pozulub. Maide.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Ayqepar, Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Hacıalılı kəndlərində, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Noyemberyan rayonunun Barekamavan və Voskepar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara və Qaymaqlı kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar. Tərtər rayonunun Çiləbürt, Göyarx, Qızıl Oba, Ağdam rayonunun Kəngərli, Sarıcalı, Yusifcanlı, Novruzlu, Şıxlar, Mərzili, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub. Teqlər : #Atəşkəs rejimi yenə pozulub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hissələrin döyüş hazırlığını yoxlayıb - VİDEO İran təyyarədaşıyan gəmisini suya buraxmağa hazırlaşır
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'