ATƏT-in yeni sədri üçün əsas prioritet məsələ Qarabağ yox, Ukrayna olacaq

Yanvarın 1-dən Serbiya ATƏT-ə bir illik sədrliyi rəsmən İsveçrədən qəbul edib.
Musavat.com-un məlumatına görə, yeni sədr – Serbiyanın xarici işlər naziri İviç Daçiçin sözlərinə görə, təşkilatın ilk tədbiri ATƏT Daimi Şurasının yanvarın 15-nə təyin edilən iclası olacaq.
Serbiya XİN başçısı ölkəsinin təşkilata sədrliyi dönəmində əsas prioritet məsələnin Ukrayna böhranı olacağını söyləyib. Onun sözlərinə görə, Ukrayna böhranını yoluna qoymaq üçün “böyük müdriklik” lazımdır.
Nazir əlavə edib ki, bu, Serbiya üçün özünü “məsuliyyətli ölkə, konfliktin dinc həllində vasitəçi” qismində göstərməsi üçün böyük şansdır. /
 

Google+ WhatsApp ok.ru