ATƏT-in Minsk qrupu bəyanat yayıb 05 Aprel 2016 01:00 Ölkə "Biz, ATƏT-in Minsk qrupu ölkələri, o cümlədən ATƏT-ə 2017-ci ildə sədrlik edəcək Avstriya və 2015-ci ildə sədrlik etmiş Serbiya təmas xəttində görünməmiş zorakılığın artmasını qətiyyətlə pisləyirik". APA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupu ölkələrinin birgə bəyanatında deyilir. Bəyanatda toqquşmalardan əziyyət çəkmiş ailələrə başsağlığı verilir: “Biz tərəfləri gücdən istifadəni dərhal dayandırmağa çağırırıq. Münaqişənin hərbi yolla həlli yoxdur. Vəziyyətin pisləşməsi ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında hərtərəfli sülh sazişi üzrə təcili danışıqlara ehtiyacın olduğunu göstərir. Minsk qrupuna üzv ölkələrin nümayəndələri Rusiya, ABŞ və Fransa həmsədrlərinin vasitəçilik səylərinə dəstəklərini ifadə edir, tərəflərlə mümkün qədər tez bir zamanda birbaşa məsləhətləşmələrin aparılması ilə bağlı planlarını alqışlayırlar”. Xatırladaq ki, bu gün Vyanada ATƏT-in Minsk qrupu ölkələrinin geniş formatda görüşü baş tutub. / Teqlər : #ATƏTin Minsk qrupu bəyanat yayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Aslan İsmayılov: `Bu gün dünya güclərinin heç biri Azərbaycana qarşı çıxış etmir` Azərbaycan, İran və Türkiyə arasında üçtərəfli mexanizmin əlaqələndirici orqanı yaradılıb