Ata-anası yol qəzasında ölən 14 yaşlı Natiq küçələrdə qalıb - VİDEO

Ata-anası yol qəzasında ölən 14 yaşlı Natiq küçələrdə qalıb. 
 
Natiq 8 yaşı olanda ata-anasını yol qəzasında itirib. 
 
Valideyn itkisi sonda onu küçələrə salıb. Natiq Əliyev artıq 6 ildir ki, Bakının sərt qışına, isti yayına öyrəşdiyini deyir. Əslən Naxçıvan şəhərindən olan yeniyetmə paytaxtda kirayədə qalır. 
 
O, dolanışığını yoldan keçənlərdən qəpik-quruş almaqla, təkər qaraltmaqla keçirtdiyini deyir. Qohumlarının sahib çıxmadığını deyən Natiqin sənədləri də yoxdur.
 
Səhhətində ciddi problemlər olduğundan gileylənən Natiq gələcəyə nikbin baxır. Çünki az da olsa onun da istəkləri var. İlk öncə isti yuva və təhsil almaq arzusunda olan Natiq kömək gözləyir. Kimlərinsə ona himəyə duracağına inanan bu oğlan, indi sadəcə küçələrin uşağıdır.

Google+ WhatsApp ok.ru