Rauf Mirqədirovun gözündə problem yaranıb – Vəkil

“Rauf Mirqədirovla sonuncu dəfə ötən həftənin cümə günü görüşmüşəm. Prosesin gedişində elə bir yenilik yoxdur. Səhhəti normal olsa da, müvəkkilimin gözündə problem yaranıb”.
Bunu Modern.az-a a Rauf Mirqədirovun vəkili Elmar Süleymanov bildirib. O qeyd edib ki, Rauf Mirqədirovun gözündə yaranan problemin səbəbini dəqiq bilmir: “Problemin nədən qaynaqlandığını deyə bilmərəm. Amma çox güman ki, orada çox kitab oxuduğundan gözündə problem yaranıb. Ona eynək yazılıb, növbəti görüşdə aparacağıq”.
“Ayna” – “Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov bu il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib. Türkiyədən deportasiya edilərək Bakıya gətirilən jurnalist dövlətə xəyanətdə ittiham olunur./

 

Google+ WhatsApp ok.ru