ATİ ilk seminarına start verdi - FOTO

Azad Tədqiqat İnstitutunun (ATİ) təşkilatçılığı ilə Marneulidə yerləşən USAİD-də “İslam və Elm” adlı seminar keçirilib.
 
Öncə Emil Kələyev təşkilatın məqsədləri haqqında auditorianı bilgiləndirib. Sonra çıxış edən Qurban Murquzov Quranda elm öyrədilmiş Adəmə mələklərə səcdə əmri Müqəddəs kitabın elmə verdiyi ilk dəyər hesab olunduğunu vurğulayıb.
 
Daha sonra Quran və hədislər baxımından elmin dəyərinə işarə edən Q.Murquzov vurğulayıb ki, elm iki yerə bölünür, faydalı və zərərli elmlər.
 
O həmçinin İslam alimləri və xaç yürüşləri barədə də mühazirə söyləyib.
 
 

Google+ WhatsApp ok.ru