Sionist `Haaretz`dən şok xəbər: `7 İyundan sonra Türkiyə ilə İsrail arasında məxfi görüş keçirilib, qərarlar qəbul edilib`

Türkiyə ilə işğalçı İsrail rejimi arasında məxfi danışıqlar aparıldığı iddia edilir. Deyerler.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, sionist rejimin aparıcı qəzetlərindən Haaretz hər iki tərəfin 1 illik fasilədən sonra uzlaşma əldə etmək məqsədilə danışıqlar apardığını yazır.
 
Xəbərə görə, işğalçı rejimin XİN aparatının rəhbəri Dore Qold ilə Türkiyə XİN müşaviri Firudin Sınırlıoğlu İtaliya paytaxtı Romada görüşüb. Görüşün 7 iyul parlament seçkilərindən sonra reallaşdığını yazan qəzet toplantının təfərrüatları barədə açıqlama vermir. Xəbərdə İsrail milli təhlükəsizlik müşaviri Yossi Kohen və sionist Nazirlər Kabinetinin Türkiyə məsələri üzrə xüsusi nümayəndəsi Cozef Kyeçanoverin məxfi toplantıdan xəbərsiz olduğu bildirilir.
 
Məxfi görüş zamanı Türkiyədə sionist rejim məsulları ilə bağlı cinayət işlərinə Türkiyə parlamentinin təsdiqləyəcəyi bir qanunla xitam verilməsi və iki tərəf arasında münasibətlərin normallaşdırılması barədə razılıq əldə olunub.
 
"CNNTürk"ün Türkiyə Xarici İşlər Nazirliyində əlaqə saxladığı mənbələr belə bir görüşün keçirilməsini təkzib etməyib.

Google+ WhatsApp ok.ru