Avropa Ədalət Məhkəməsinin hicab qərarına etirazlar davam edir

Avropa Ədalət Məhkəməsinin hicab qərarına etirazlar davam edir

Avropa Ədalət Məhkəməsi (ECJ) işə götürənin işçiləri üçün qəbul etdiyi hicab qadağasının diskriminasiya sayılmadığı barədə qəbul etdiyi qərara reaksiyalar davam edir.
 
Deyerler.org xarici mətbuata istinadən xəbər verir ki, mərkəzi ofisi Londonda yerləşən Britaniya Müsəlman Şurası (MCB) Avropa Ədalət Məhkəməsinin qərarının "ədalət və bərabərlik" naminə kədərləndirici bir hal olduğunu bildirib: "Populizm və fanatizmin bütün dövrlərin ən yüksək səviyyəsinə yüksəlmiş olduğu bir vaxtda belə bir qərarın, dini icmalara qarşı diskriminasiyanı normallaşdırmaq istəyənlərə yaşıl işıq yandırmasından qorxuruq".
 
Anqlikan kilsəsindən (Coe) verilən açıqlamada isə bu cür qərarın bütün dinlər üzərində təsirinin olacağı qeyd olunub. Coe tərəfindən verilən açıqlamada belə qeyd olunub: "Bu qərar, din və ifadə azadlığı ilə bağlı mühüm sualları gündəmə gətirir. Qərar işləmək azadlığını inancın ifadəsi azadlığından üstün saymaqla, potensial olaraq təşkilati mənfəətləri fərdlərin mənafelərindən artıq olduğunu göstərir
 
Beynəlxalq Amnistiya təşkilatının Avropa və Orta Asiya üzrə direktoru Con Dalhuisen də qərarın məyusluq yaratdığını bildirib: "Şəxsiyyət və görünüşün siyasi bir müharibəyə çevrildiyi bir dövrdə, insanların düşüncələrə qarşı daha az yox, daha çox müdafiəsinə ehtiyac var".

Google+ WhatsApp ok.ru