Avropa Birliyi Ayətullah Nimrin edamını pislədi

Avropa Birliyi bəyan edir ki, Səudiyyə Ərəbistanında nüfuzlu İslam alimi Şeyx Baqir Nimrin edam edilməsinin, onsuz da çətin vəziyyətdə olan Yaxın Şərq regionu üçün ciddi nəticələri ola bilər.
 
Deyerler.org-un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Avropa Birliyinin xarici siyasət üzrə ali komissarı Federika Moqerini bildirib ki, Şeyx Nimrin edamı Səudiyyə rejimində ifadə və söz azadlığı, vətəndaş və siyasi azadlıqları barədə narahatlıqları daha da artırıb.
 
Moqerini qeyd edib ki, baş vermiş bu hadisə Səudiyyə rejimi tərəfindən məzhəbçi bir addımdır və bu hadisə bütün regionda təhlükəli hadisələrə səbəb ola bilər.
 
Avropa Birliyinin bu hadisəni pislədiyini deyən Moqerini Səudiyyəni bir daha beynəlxalq hüquq normalarına riayət etməyə çağırdıqlarını bildirib./
 

Google+ WhatsApp ok.ru