Avropa Birliyi Suriya əleyhinə yeni sanksiya qərarı verdi

Avropa Birliyi Suriya prezidenti Bəşşar Əsəd ilə Suriyalı 12 nazir əleyhinə sanksiyaları tətbiq edib.
 
Maide.az xəbər verir ki, Avropa Birliyi dünən yayımladığı məlumatda Suriya prezidenti, kabinetdən 12 nazir, 2 Suriya şirkəti ilə Suriya neft sənayesini hədəf alan sanksiyanın dünəndən etibarən qüvvəyə mindirdiyini açıqlayıb.
 
Avropa Birliyinin məlumatındakı sanksiya siyahısında Suriyada keçirilən prezidentlik seçkilərindəki namizəd Həsən əl-Ənvər də yer alıb.
 
Avropa Birliyi öyən ilin iyul ayında da Suriyanın 9 təşkilatı ilə Suriyalı üç nəfərin Avropa Birliyindəki əmlakını dondurub və onların AB ölkələrinə girişlərini qadağan etmişdi.
 
AB-nin son nəşr etdiyi məlumatla AB-nin sanksiya siyahısına aldığı Suriyalıların sayı 192 və təşkilat sayı isə 62 oldu.

Google+ WhatsApp ok.ru