Avropada ən soyuq qışdır 07 Yanvar 2017 02:00 Dünya Avropada son illərin ən soyuq qışı keçir. Finlandiyada mənfi 41 dərəcə rekord vurub. Ağır qrip səbəbindən bu ölkədə 21 nəfər ölüb. Almaniyada isə "Axel" fırtınasından sonra 26 dərəcə şaxta gözlənilir. Bosniya -Hersoqovinada qar və şaxtalı hava azı 5 gün davam edəcək. Avqustda İtaliyada 300 nəfərin ölümü ilə nəticələnmiş zəlzələ bölgəsi də qar altında qalıb. Qarlı havada necə hərəkət etməklə bağlı alman həkimlər tövsiyələr yayıblar. Berlin Ortopediya Dərnəyinin açıqlamasında sürüşüb yıxılmanın qarşısını almaq üçünpinqivin yerişi yerimək məsləhət görülür. Həkimlər deyir ki, insanlar yeridikcə bədənlərinin ağırlığı hər iki ayağa bərabər şəkildə düşür və yıxılma riski artır. Pinqivinlərsə insanlardan fərqli olaraq ağırlıq mərkəzini önə atılan ayağa yönəldir. Bununla da sürüşkən yolda yıxılmırlar. (azadliq.org) Teqlər : #Avropada ən soyuq qışdır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkiyədə daha 6 min dövlət məmuru işdən azad edilib Taylandda 12 nəfər selin qurbanı oldu
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO