Avropada ilk İslam muzeyi İsveçrədə açılıb

İsveçrənin La-Şo-de-Fon şəhərində ilk müsəlman muzeyi fəaliyyətə başlayıb.
Maide.Az xəbər verir ki, muzey şəhərin mərkəzində yerləşir. Muzeyin açılması İslam dininin tarixi və adətənənələrinə müstəsna olaraq həsr edilib.
Muzeyin əhəmiyyəti ümumi insan mədəniyyətinin inkişafı üçün şəhərin demək olar ki, bütün sakinləri tərəfindən tanınır. Lakin ictimaiyyət tərəfindən ən çox rezonans doğuran məsələ, muzeyin maliyyə mənbəyinin kimlər tərəfindən dəstəklənməsi sualı olub. 
Məlum olub ki, muzeyin ərsəyə gəlməsində ən çox maddi dəstək, ərəblərin maliyyə aktivlərindən biri olan tanınmış şirkət (illərdi həmin şirkət radikal İslam terror qruplaşmasını maliyyələşdirir) tərəfindən dəstəklənib.  
 
Muzeyin direktoru Nadi Karmusun bildirdiyinə görə, onların fəaliyyətləri dövründə heç bir dini təbliğat və missionerlikdən söhbət gedə bilməz. 
"Muzeyin əsas məqsədi - insanlara bir din kimi İslamı və müsəlman ölkələrinin, onların mədəniyyətinin göstərməkdən ibarətdir. Bu muzey İslam tarixinə və müsəlman ölkələrinə səyahət üçün bir məkandır.", - o deyir.

Google+ WhatsApp ok.ru