Avropada İslamafobiyanın səbəbi nədir? - Avropalılar özləri açıqladılar

Avropada İslamafobiyanın səbəbi nədir? - Avropalılar özləri açıqladılar

“Avropada islamofobiyanın artması miqrantlar əleyhinə hərəkatların və  sağçı ifratçıların çoxalması ilə bağlıdır.”  
 
Maide.Az “middleeasteye”ə istinadən xəbər verir ki, bu barədə Avorpa İttifaqına ötən gün təqdim olunmuş hesabatda deyilir. 
 
İngiltərə, Fransa və Almaniya və bir sıra digər ölkələrin araşdırmaçıların iştirakı ilə hazırlanan hesabatda  müsəlmanların  “gündəlik həyatlarında  düşmənçiliklə üzləşdiyi” qeyd olunur. 
 
Hesabatı hazırlayanlar  Avropa qitəsində  islamofobiyanın artmasını miqrantlar əleyhinə hərəkatların və  sağçı ifratçıların çoxalması ilə əlaqələndirib.  
 
Siyasətçilərin də islamofobiyanın yayılmasında rolu olduğu qeyd edilən araşdırmada müəlliflər  islamofobiya ilə mübarizə paketini də təqdim ediblər. 
 
Onların fikirncə islamofobiya ilə  mübarizənin ən yaxşı yolu  müsəlmanların Avropada olmasının adiləşməsi və cəmiyyətin birliyidir.

Google+ WhatsApp ok.ru