Avropada soyuqdan ölənlərin sayı 40-a çatdı

Avropada soyuqdan ölənlərin sayı 40-a çatdı

Avropada güclü şaxta qurbanlarının sayı artıq ən azı 40 nəfərdir. Modern.az saytı xarici mediaya istinadən bildirir ki, ölənlərin çoxu Polşa sakinləridir.
 
Burada yalnız ötən şənbədən bazar gününə keçən gecə 10 nəfər donub. Polşa böhran mərkəzindən verilən məlumata görə, ölkədə şaxta vuran insanların sayı 30 nəfər olub.
 
Çexiyada soyuqdan ölənlərin sayı 3-dən 6-ya çatıb.
 
İki nəfər Belarusda ölüb.
 
İtaliyada da ölənlər iki nəfərdir. Onlardan biri – 82 yaşlı pensiyaçı istilik olmadığından mənzilində donub. Daha bir 78 yaşlı qoca küçəyə çıxanda şaxtadan huşunu itirərək yıxılıb və aldığı xəsarətdən yerindəcə keçinib.
 
Avropada şaxta qurbanlarının əksəriyyəti evsiz-eşiksiz olanlardır.
 
İstanbul hava limanında gündəlik 1500 uçuşdan yalnız 300-ü təxirə salınmayıb. Şəhərin Avropa və Asiya hissəsi arasında nəqliyyatın hərəkəti dayanıb. /

Google+ WhatsApp ok.ru