Avropanın ən qədim məscidinin qalıqları Madriddə tapıldı

Avropanın ən qədim məscidinin qalıqları Madriddə tapıldı

Avropa arxeoloqları qazıntılar zamanı bu qitənin ən qədim məscidinin qalıqlarını kəşf edib.
 
Maide.Az İQNA-a isitnadla xəbər verir ki, Avropanın ən qədim məscidinin qalıqları İspaniyanın paytaxtı Madrid şəhərinin yaxınlığındakı bir kənddə tapılıb.
İspaniyanın qədim və tarixi "Visigothic" şəhərinin qalıqları Madrid şəhərinin yaxınlığındakı "Reccopolis" kəndi ərazisində yerləşir.
 
Arxeoloqların bu qədim ərazidə axtarışları zamanı "Visigothic" şəhərinin divarları və bəzi tikililərinin qalıqları kəşf edilib. Hələ torpaq altından tam çıxarılmamış 1400 illik bu şəhər qalıqları arasında bir sarayın və bir məscidin qalıqları tapılıb. Ehtimal olunur ki, bu məscid Avropanın ən qədim məscididir.
 
Müsəlman qoşunları 711-ci milad ilində "Visigothic" şəhərinə daxil olublar. Hazırda bu ərazidə tapılan qədim şəhər binalarında Orta Şərqin İslami memarlıq nümunələri də müşahidə olunur. Bu binlardan biri memarlıq baxımından həmin dövrün məscidlərinə daha çox oxşayır. Bu barədə daha ətraflı və dəqiq məlumat qazıntı işləri tamamlandıqdan sonra veriləcək.  
 

Google+ WhatsApp ok.ru