Gürcüstanda yeni parlament sədri seçilib 25 İyun 2019 15:11 Xəbərlər Gürcüstan parlamentinin bugünkü plenar iclasında Arçil Talakvadze spiker seçilib. “Report”un Gürcüstan bürosu xəbər verir ki, onun namizədliyi səs çoxluğu ilə təsdiqlənib. A.Talakvadzenin lehinə 101 deputatdan 94-ü səs verib. Parlamentdə təmsil olunan müxalif Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyalarından olan deputatlar səsvermədə iştirak etməyiblər. Qeyd edək ki, A.Talakvadzenin 36 yaşı var. O, 2016-cı ildən hakim Gürcü Arzusu Partiyasının deputatı və parlament çoxluğunun lideridir. A.Talakvadze 2012-2014-cü illərdə Gürcüstanın penitensiar sistem və probasiya nazirinin müavini, 2014-2016-cı illərdə isə daxili işlər nazirinin müavini vəzifələrində çalışıb. Qeyd edək ki, Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze iyunun 21-də istefa verib. Teqlər : #Gürcüstanda,#yeni,#parlament,#sədri,#seçilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Avropanın ən qədim məscidinin qalıqları Madriddə tapıldı ‘Cəhənnəm istiləri’ gəlir - Ölkələr təşvişdə