Avropanın bir neçə şəhərində Fələstinə dəstək nümayişləri keçirilib - Foto

Avropanın bir neçə şəhərində Fələstinə dəstək nümayişləri keçirilib - Foto

-- Amsterdam, Cenevrə..

Holandiyanın Amsterdam və İsveçrənin Cenevrə şəhərlərində sionist İsrail rejiminin Qəzza zolağında fələstinlilərə qarşı törətdiyi qətliam və ABŞ səfirliyinin Qüdsə köçürülməsinə qarşı nümayiş aksiyaları keçirilib.   

Maide.Az "eastnews"-a istinadən xəbər verir ki, minlərlə insanın iştirak etidiyi aksiyalarda Fələstin bayraqları və İsrail rejiminin qətliamını pisləyən plakatlar qaldırılıb.   

Xatırladaq ki, mayın 14-də Qəzza zolağında dinc fələstinlilərin nümayişi zamanı İsrail işğal ordusunun açdığı atəş nəticəsində azı 63 fələstinli şəhid olub,  2 700-dən  artıq insan isə yaralanıb. 

 

Google+ WhatsApp ok.ru