Avropa Parlamentində Azərbaycandakı repressiv vəziyyətdən danışıldı

Avropa Parlamentində “Şərq Tərəfdaşlığı ölkələri və Rusiyada media sahəsində vəziyyət” adlı seminar keçirilir. Seminarda Avropa Parlamentinin vitse-prezidenti Richard Czarneski, Avropa Komissiyasinin Qonshuluq siyasəti üzrə baş direktoru Kristian Danielson da daxil olmaqla, Avropanın bir sıra rəsmiləri çıxış edib. Çıxışların bir çoxu Şərq Tərəfdaşlığı ölkələri və Rusiyadan danışarkən Azərbaycanda medianın vəziyyətinin ağır olduğunu bildiriblər. Avropa Parlamentinin Finlandiyadan olan deputatı, bu qurumun Avronest Parlament Assambleyasında nümayəndə heyətinin başçısı Heydi Hatala Azərbaycanda tənqidçi jurnalist və bloggerlerin həbsindən danışıb: “Azərbaycanda vəziyyət xeyli mürəkkəbdir. Burada insan haqlarının pozulması, jurnalist və bloggerlerin həbsi ciddi narahatlıq yaradır. Azərbaycan hökuməti Avronestden çıxmaq niyyətini bildirib. Deməliyəm ki, bu addım Azərbaycan cəmiyyətinin xeyrinə olmayacaq. Ümumiyyətlə, bizim ölkələrlə əməkdaşlığımız həm də insan haqları, azadlıqlar, demokratiyaya əsaslanir. Biz Azərbaycan hökumətinə də bunu həmişə xatırladırıq”.
 
Xanım Hatala noyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkilərinə müşahidəçi göndərməkdən imtina etməklərindən də danışıb: “Biz aktiv əməkdaşlığı davam etdirmək, dərinləşdirmək istəyirik. Biz hesab etdik ki, Azərbaycandakı seçkiyə müşahidə missiyası göndərmək lazim deyil. Amma buna baxmayaraq, oradakı seçkini, baş verənləri diqqətlə izlədik. Biz “Şərq Tərəfdaşlığı” ölkələrini islahatlar aparmağa çağırırıq. Biz də kömək eləməyə hazırıq”.
 
Avropa Parlamentinin üzvü onu da qeyd edib ki, Avropanın bir parçası olmaq istəyən ölkələrin hökumətləri 400 qaydaya əməl etməlidir.
 
Avropa Parlamentinin Hollandiyadan olan üzvü Marietje Scaake bir sıra ölkələrin “milli təhlükəsizlik”, “terrorizmə qarşı mübarizə” bəhanəsilə söz və ifadə azadlığını boğmasından danıshıb. O, nümunə kimi Türkiyəni göstərib və orada son günlərdə bir sıra telekanalların yayımının dayandırılmasından danıshıb.
 
Avropa Parlamentinin Qonşuluq siyasəti üzrə məruzeçisi, slovakiyali deputat Eduard Kukan bildirib ki, bezi olkələrdə media sahəsində qanunvericilik normal olsa da, vəziyyət heç də yaxşı deyil: “Əsas məsələ beynəlxalq standartlara uygun qanunlar qebul etmək deyil, azad medianın fəaliyyətinə şərait yaratmaqdıir”.
 
Avropa Parlamentinin Latviyadan olan deputatı Andres Mamikins “Şərq Tərəfdaşlığı” ölkələrindən Azərbaycan və Ermənistanda medianin vəziyyətinin daha pis oldugunu bildirib. azadliq. /

Google+ WhatsApp ok.ru